Dünya liderləri Heydər Əliyev haqqında SİTATLAR

Dünya liderləri Heydər Əliyev haqqında SİTATLAR

Dünyanın tanınmış dövlət başçıları, siyasi xadimləri Ulu Öndər Heydər Əliyevə böyük qiymət veriblər. Onu dünya siyasətinin ustadı adlandırıblar. SİA-nın oxucularına dünya ölkələrinin indiki liderlərinin və tanınmış siyasətçilərin fikirlərini təqdim edirik:

Zbiqnev Bjezinski: "Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət - bir sözlə şəksiz liderdir".

Corc Buş: "Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur".

Bənəzir Bhutto: "Heydər Əliyevin çox müdrik təşkilatçılıq qabiliyyəti var, ona görə də indi ölkədə hər şey maşın mexanizmi kimi işləyir".

Nursultan Nazarbayev: "Heydər Əliyev mənim yaxın dostum və ən çox hörmət etdiyim bir siyasətçi idi".

Vladimir Putin: "O böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasət nəhəngi idi".

Eduard Şevardnadze: "Prezident Heydər Əliyev qəhrəmanlığı, müdrikliyi, mətanəti və qarşısına qoyduğu məqsədinə sarsılmaz sədaqəti olmasaydı, Şərq - Qərb enerji dəhlizi gerçəkləşə bilməzdi".

Abdullah Gül: "Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda möhkəm addımlarla irəliləyən, beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə təmin etməkdə olan ölkədir".

II İohan Pavel: "Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası son illər dünya birliyində layiqli yer tutmuşdur. Azərbaycanda hüquqi dövlət quruculuğu, iqtisadi islahatların uğurla həyata keçirilməsi sahəsində görülən işləri diqqətlə izləyir və onları dəstəkləyirəm".

Gerhard ŞRÖDER: "Heydər Əliyevin simasında Azərbaycan Respublikası uzun illər ərzində ölkənin bütün həyatına dərindən nüfuz etmiş və Azərbaycanın tarixində əbədi yer tutmuş böyük dövlət xadimini itirmişdir. Onun adı ölkənin müstəqilliyinin bərqərar olmasında qazandığı tarixi nailiyyətlərlə daim bağlı olacaqdır".

Kraliça II ELİZABET: "Heydər Əliyevin Azərbaycanın inkişafında və ölkələrimiz arasında əlaqələrin gücləndirilməsində əvəzsiz xidmətləri olmuşdur. 1998-ci ilin iyul ayında Birləşmiş Krallığa səfəri zamanı onunla olan görüşümüzü çox yaxşı xatırlayıram".

Rəcəb Tayyib ƏRDOĞAN: "Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur".

Xu SZİNTAO: "Beynəlxalq aləmdə tanınmış siyasətçi, Çin Xalq Respublikasına dostluq münasibəti bəsləyən, Çin xalqının qədim dostu olan cənab Heydər Əliyev Çin-Azərbaycan dostluq münasibətlərinin inkişafında böyük rol oynamışdır".

Bütün xəbərlər Facebook səhifəmizdə