Asim Mollazadə “Axı niyə Ermənistana sanksiya tətbiq olunmur?” AÇIQLAMA
"Dağlıq Qarabağın qondarma rejimin xarici işlər nazirinin rəhbərinin ABŞ-a səfər etməsi və onun orada ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliklə görüşməsi ilk belə hal deyil". Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.
Onun sözlərinə görə, onlar dəfələrlə Ermənistan dövlətinin pasportu ilə Amerikaya gedirlər: "Əslində bu, işğalçı rejim statusunu təsdiq edən bir faktdır. Onları ABŞ hansısa bir rəsmi qurum kimi qəbul etmir. Bunlar sadəcə olaraq işğal olunmuş Azərbaycan ərazilərində işğalçı rejimin nümayəndələridir. Hesab edirəm ki, buna belə baxmaq lazımdır. Düşünürəm ki, rəsmi Bakı bu həqiqətləri dünyaya çatdırmalı, ABŞ ictimaiyyətini, siyasətçiləri, bütün qurumları, medianı bu istiqamətdə məlumatlandırmalıdır. Krım hadisələrinə görə Rusiyaya qarşı sanksiyalar yeridilib, amma Dağlıq Qarabağ hadisələrinə görə Ermənistana heç bir sanksiya tətbiq olunmayıb".
A.Mollazadə əlavə edib ki, təəssüflər olsun ki, ATƏT-in Minsk qrupunun həmsədrləri yanlış mövqedədirlər: "Bu gün Rusiya Ermənistanın hərbi müəttəfiqidir, Fransa və ABŞ-da isə siyasətə güclü, nüfuzlu diasporanın təsirləri var. Bunun üçün də biz indiyədək Minsk qrupunun fəaliyyətində hansısa bir nəticələri görməmişik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB