Musa Quliyev: “Leyla Yunus səhhəti nəzərə alınaraq, azad olunub” AÇIQLAMA

Musa Quliyev: “Leyla Yunus səhhəti nəzərə alınaraq, azad olunub” AÇIQLAMA

"Ümumiyyətlə hər bir insanın azadlığa çıxması istər məhkəmə qərarı, istərsə də əfv, amnistiya ilə olsun alqışlanmalı və ona dəstək verilməlidir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev Leyla Yunusun azadlığa çıxmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, əgər kimsə bunu alqışlamırsa, ya o insana qarşı münasibəti mənfidir, ya da öz xislətində bir çatışmazlıq mövcuddur: "Məhkəmə Leyla Yunusun səhhətini, yaşını və vəziyyətini nəzərə alaraq onu azadlığa buraxıb və həbs qəti imkan tədbirini dəyişib. Hesab edirəm ki, bunu Azərbaycan məhkəmə hüquq sisteminin hümanistliyi ilə izah etmək olar. Əgər burada başqa bir münasibət varsa, həmin münasibətlər qeyri-səmimi və qərəzlidir. Bir neçə il bundan qabaq Leyla Yunus həbs olunanda yaxalarını cıran, Azərbaycanda demokratiya pozuldu, insan haqlarına basqı var deyən şəxslər Azərbaycanın hüquq-mühafizə orqanlarının ədalətli addımını qeyd etmək əvəzinə, başqa bir addım irəli sürürlərsə, təbii ki, burada qərəz var. Həmin qərəz isə nə onların özlərinə, nə də Leyla Yunusa xeyir gətirmir".

Bütün xəbərlər Facebook səhifəmizdə