"Cənab Prezidentimizin bu ölkəyə səfəri qarşılıqlı münasibətlərə yeni keyfiyyət və dinamizm gətirəcək". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı Prezident İlham Əliyevin Çinə səfəri ilə bağlı danışarkən deyib.
O, dövlət başçısının Çinə səfərini böyük əhəmiyyət kəsb edən hadisə kimi qiymətləndirib: "Cənab Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri həm ikitərəfli, həm də regional münasibətlər baxımından böyük əhəmiyyət daşıyır. Ölkələrimizin ortaq maraqları çoxdur. İki ölkə arasında siyasi, iqtisadi, mədəni-humanitar və digər sahələrdə müzakirə ediləcək çox məsələləri var. Xüsusilə nəqliyyat və kənd təsərrüfatı sahələrində əməkdaşlığın perspektivləri böyükdür".
Millət vəkili qeyd edib ki, Çin, ölkəmizin ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyən, separatçılığın əleyhinə olan nəhəng dövlətdir: "Bu ölkə Cənubi Qafqaz regionunda Azərbaycan Respublikası ilə əməkdaşlığa xüsusi önəm verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB