Elçin Mirzəbəyli: “Əsas məsuliyyət daşıyan Əli Kərimlidir” AÇIQLAMA
"Əli Kərimli hər zaman olduğu kimi bu dəfə də Fuad Qəhrəmanlı və onun ətrafındakı digər insanlar üzərində şou yaratmağa çalışacaq". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib.
Elçin Mirzəbəyli bildirib ki, Əli Kərimli Taleh Bağırzadə kimi Azərbaycanın konstitutsion quruluşu, dövlətçiliyi əleyhinə çıxan insanla bağlı hansı mövqeyi sərgilədisə, Fuad Qəhrəmanlı ilə də bağlı həmin mövqeyi sərgiləyəcək: "O, belə "canı yanan" münasibəti əslində Fuad Qəhrəmanlıya görə yox, özünə görə sərgiləyir. Maraqlarının qulluqçusu olduğu bəzi xarici dairələrin "gözünə girmək" üçün Əli Kərimli hər yola əl atmağa hazırdır. Əli Kərimli və Fuad Qəhrəmanlının mövqeləri arasında hər hansı fərq yoxdur".
AXCP ətrafında cəmləşmiş insanların dövlətin konstitutsion quruluşu əleyhinə çağırışlar etməsinin birinci səbəbkarının Əli Kərimli və onun yürütdüyü siyasət olduğunu deyən politoloqun sözlərinə görə, Azərbaycanda imkan yarandıqca qarşıdurmalar, iğtişaşlar törətməyə hesablanmış "xarici layihə"də bu gün də iştirakına davam edən Əli Kərimlidən bundan başqa əməl gözləməyə dəyməz. Onun üçün Azərbaycanın milli maraqları deyil öz şəxsi maraqları əsasdır. Fuad Qəhrəmanlının əməllərinə isə müvafiq hüquq-mühafizə orqanları, istintaq və məhkəmə aydınlıq gətirəcək. Bu cür ekstremist, dövlət əleyhinə çıxışlara görə bilavasitə məsuliyyət daşıyan Əli Kərimlidir."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB