Milli Məclisin komitə sədrlərinə parlamentin iclaslarında Azərbaycan Prezidenti, Milli Məclisin sədri və sədr müavinlərindən sonra növbədənkənar çıxış etmək hüququnun verilməsi təklif edilir. SİA-nın məlumatına görə, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan parlamentin daxili nizamnamnaməsinə dəyişikliklərdə öz əksini tapıb.
Qeyd edək ki, hazırki nizamnaməyə əsasən Milli Məclisin iclasında növbədənkənar çıxış etmək hüququna Azərbaycan Prezidenti, Milli Məclisin sədri və sədr müavinləri malikdir.
Bundan əlavə, nizamnaməyə dəyişikliklərdə Milli Məclisin deputatlarına eyni zamanda iki komitənin üzvü olmaq hüququnun verilməsi təklif edilir. Nizamnaməyə dəyişikliklər Milli Məclisin növbəti plenar iclasının müzakirəsinə tövsiyyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB