Ziyafət Əsgərov: "Dövlətə xəyanət edənlər cəzalandırılmalıdır”

Ziyafət Əsgərov: "Dövlətə xəyanət edənlər cəzalandırılmalıdır”

"Dini məscidlərdə siyasi müzakirələrin aparılması yolverilməzdir". SİA-nın məlumatına görə, bu sözləri parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. O, məscidlərin siyasi diskusiya yeri olmadığını qeyd edib. Vitse-spiker dinin siyasətlə qarışdırılmamalı olduğunu bildirib: "Hər birimizin dindən az-çox məlumatımız var. Dindarın siyasətlə nə işi var? Dindar məscidə gedib namaz qılmalıdır, siyasi diskusiyalar, dövlət əleyhinə kampaniyalar aparmalı deyil".

O, Nardaran hadisələri haqda da fikirlərini bildirib: "Nardaranda hara baxırdın, qara bayraqlar asılmışdı. Dində bu cür bayraq anlayışı varmı? Burada Quran oxuyan insanlar əyləşib. Onlara müraciət edirəm, Quranda belə hallar varmı? Azərbaycanda yalnız bir bayraq dalğalana bilər, o da üç rəngli Azərbaycan bayrağıdır. Bura müstəqil Azərbaycan dövlətidir və onun öz bayrağı var. Bu dövlət bizə Ulu Öndər Heydər Əliyevdən əmanətdir. Dövlətə xəyanət edənlər cəzalandırılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə