"Kimlərsə Nardarandan sui-istifadə etdi". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Araz Əlizadə Nardaran hadisələrində "Milli Şura"nın təsiri məsələsini şərh edərkən deyib.
O bildirib ki, "Milli Şura" çox zəif, süni və ölü bir təşkilatdır: "Burada real qüvvə yoxdur. Bu təşkilatın başında ölü, bivec bir insan dayanıb. Belə bir təşkilatın bu məsələdə müəyyən bir rolu ola bilməz. Aydın məsəldir ki, burada başqa məqamlar var".
Araz Əlizadənin sözlərinə görə, kimlərsə Nardarandan sui-istifadə edib: "Nardaran hadisələrinin kökü araşdırılmalıdır. Burada iştirak edən şəxslər kim tərəfindən və haradan maliyyələşdirilib və bu insanları kim idarə edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB