Əli Kərimli Razi Nurullayevi məhkməyə verir İDDİA

Razi Nurullayev: “Avropa Məhkəməsi hər iki tərəfin sənədlərini və tərkibini yoxlasın”
Əli Kərimli Razi Nurullayevi məhkməyə verir İDDİA

"Avropa Məhkəməsi də heç cür Əli Kərimliyə haqq qazandıra bilməz. Zənnimcə, Avropa Məhkəməsinə müraciət etməsi belə onu lağlağı obyektinə çevirəcək". Bu fikirləri SİA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev Əli Kərimlinin onları Avropa Məhkəməsinə verəcəyi iddiaları ilə çıxış etməsinə münasibət bildirərkən deyib.

AXCP sədri bildirib ki, Avropa Məhkəməsi gəlib, hər iki tərəfin sənədlərini və tərkibini yoxlasın: "Hərçənd ki, bu mümkün deyil. Avropa məhkəməsi birmənalı qərar çıxara bilməz. İkincisi Əli Kərimlinin siyasətdə önəmli fiqur kimi qalmasına nəinki mən, heç müavinləri də inanmır. Bundan sonra Əli Kərimlinin hara və necə müraciət edəcəyi bizim üçün önəmsizdir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə