"Suriyalılar hesab edir ki, sülh razılaşmasının imzalanması üçün Praqada konfransın keçirilməsi məqbuldur və bu, problemi həll edə bilər". SİA xəbər verir ki, Suriya prezidenti Bəşər Əsədin Çexiya televiziyasına verdiyi müsahibəsindəki səsləndirdiyi bu fikirləri "inrefax.ru" agentliyi yazır. Əsəd hesab edir ki, rəsmi Praqa balanlaşdırılmış siyasi mövqe nümayiş etdirdiyinə görə həmin təklifi bir çoxları qəbul edə bilər.
Lakin Suriya prezidenti Fransanı ittiham etməyi də unutmayıb. O, deyib ki, əgər suriyalılardan soruşsanız ki, onlar sülh danışıqları konfransınının məsəlçün, Fransada keçirilməsinin tərəfdarıdırlarmı? Bu zaman inkar eçidəcəksiniz: "Belə ki, Fransa terrorçuluğu müdafiə edir, sülhü deyil, məhz müharibəni istəyir".
Xatırladaq ki, Praqada ülh danışıqları konfransının keçirilməsi ideyasının müəllifi Çexiya prezidenti Miloş Zemandır. O, bu təklifi hələ sentyabr ayında irəli sürmüşdü.
Lakin Fransa prezidenti Fransua Ollanda Vaşinqtona səfəri zamanı bəyan edib ki, rəsmi Paris Əsədin siyasi arenadan nəninki getməsini, hətta bunun tez bir zamanda reallaşmasını istəyir: "Bu amili tez bir zamanda həyata keçirmək lazımdır. Məhz onun özü (Əsəd-red.) əsas problemdir və ona görə də problemin həll edilməsində heç bir halda rol ala blməz.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB