Vitse-spiker Türkiyə-Rusiya münasibətlərindən DANIŞDI

Vitse-spiker Türkiyə-Rusiya münasibətlərindən DANIŞDI

"Təəssüflə qeyd edirəm ki, dünyanın gərgin durumunda belə bir hadisə baş verib. İnanıram ki, Türkiyə və Rusiya rəhbərliyi tərəfləri böyük fəlakətə sürükləyə biləcək qarşıdurmaya izn verməyəcəklər və bu problem aradan qaldırılacaq". SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin sədr müavini Bahar Muradova jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycan yaranmış duruma görə narahat olur və təəssüf hissi keçirir: "Azərbaycanın Rusiya ilə çox gözəl əlaqələri var, bu, strateji tərəfdaşlığa söykənir. Türkiyə Azərbaycana yaxın və qardaş ölkədir. Türkiyə və Rusiya arasında baş verən proseslərə biganə qala bilmərik, narahatlığımızı da buna görə ifadə edirik. İki ölkə arasında münasibətlərin normallaşması üçün hansı imkanlar varsa, bundan istifadə etməyə cəhd göstəririk ".

Bütün xəbərlər Facebook səhifəmizdə