YAP Qadınlar Şurasının 20 illiyi qeyd olunur

YAP Qadınlar Şurasının 20 illiyi qeyd olunur

Bu gün Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının yaradılmasının 20 illiyi münasibətilə "Uğurdan-Uğura 20 il" adlı tədbir keçirilir. Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edbilər. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədri müavini- İcra katibi Əli Əhmədov, Milli Məclisin vitse-spikeri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı, YAP rayon təşkilatlarının sədrləri, millət vəkilləri və digər qonaqlar iştirak ediblər. YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva məruzə ilə çıxış edərək, ötən dövr ərzində şuranın fəaliyyəti haqqında ətraflı məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə