Cümşüd Nuriyev: “Rəsmi İrəvan məsələlərdən diqqəti yayındırır" AÇIQLAMA
"Hesab edirəm ki, dekbarın 1-də keçiriləcək Azərbaycan və Ermənistan prezidentlərinin görüşü növbəti görüşlərdən biri kimi yadda qalacaq. Çünki Azərbaycan tərəfi kifayət qədər Ermənistanla bağlı məsələlərdə konstruktiv mövqe tutub". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, Azərbaycan hələ Ümummilli Lider Heydər Əliyevin dövründən Ermənistanla danışıqların aparılmasının tərəfdarı olub: "Eləcə də Dağlıq Qarabağa yüksək statusun verilməsi ilə də bağlı hər cür fikir mübadilələri aparılıb. Heç şübhəsiz ki, bu görüşdə ATƏT-in Minsk qrupu həmsədrlərinin təklifi ilə növbəti görüş olacaq. Görüşdə hansısa məsələlərin həll olunacağı o qədər də inandırıcı görünmür. Ölkəmiz bu görüşdə iştirak etmək istəyir və edəcək də. Təbii ki, Ermənistan yenə də öz məkrli siyasətini yürüdəcək. Bu gün Rusiya-Türkiyə münasibətlərində kifayət qədər gərginlik var. Bununla belə Ermənistanın daxilində çox ciddi problemlər var. Rəsmi İrəvan onlardan diqqəti yayındırmaq üçün bu məsələlərdən yararlanacaq. İndiyədək 20-dən çox görüş keçirilib. Amma təəssüf ki, bu görüşlərin müsbət nəticəsi yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB