Hikmət Babaoğlu: “Bu hadisənin din azadlığı ilə heç bir əlaqəsi yoxdur” AÇIQLAMA

Hikmət Babaoğlu: “Bu hadisənin din azadlığı ilə heç bir əlaqəsi yoxdur” AÇIQLAMA

"Bəzi "media"qurumları ayrı-ayrı ölkələrdə baş verən hadisələri məhz hegemon dövlətlərin maraqları konteksində işıqlandırılmağa çalışır. Nardaranda dini ektermistlərə qarşı dövlətin həyata keçirdiyi tədbir zamanı "Meydan TV", "Azadlıq" qəzeti və "Amerikanın səsi" kimi kanalların oraya buraxılması amma milli televizyalara qarşı aqressiv münasibət bəslənməsi bir daha onu göstərir ki, baş verən hadisələrlə məlum mərkəzlər arasında müəyyən əlaqələr mövcuddur". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, politoloq, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Millət vəkili Bzejinskinin məşhur bir ifadəsindən sitat gətirib: "Amerika ona görə güclü dövlətdir ki, o öz içərisindəki satqınları məhv etdi amma başqa ölkələrdəki satqınları hakimiyyətə gətirdi". Azərbaycan cəmiyyəti bu hadisədən sonra ayıq olmalı, baş verən hadisələri düzgün qiymətləndirməli və ictimai şüurun obyektiv əsaslarda formalaşması üçün bütün milli mətbuatımız hərəkətə keçməlidir. Əks təqdirdə bu hadisəni məhz dinlə, etiqad azadlığı ilə bağlı hadisə kimi təqdim etsələr, bu Azərbaycanda qarşıdurmanı daha da dərinləşdirə bilər. Bu hadisənin din azadlığı ilə heç bir əlaqəsi yoxdur. Göründüyü kimi bu, ekstermist qrupların ölkəmizdə qarşıdurma, xaos yaratmaq istəyidir. Bunlar Azərbaycanı dini məhzəbdə poliqona çevirmək niyyətindədirlər. Hansı ki, arxalarında xarici qüvvələrin olduğu şübhəsizdir. Eyni zamanda bu hadisələrin arxasında radikal müxalifətin də müəyyən rolu olduğu danılmazdır".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə