Şura sədri: “QHT-lər əsas missiyanı müəyyənləşdirə bilmir” MÜNASİBƏT

Şura sədri: “QHT-lər əsas missiyanı müəyyənləşdirə bilmir” MÜNASİBƏT

"Bu gün qeyri-hökumət təşkilatlarının (QHT) ən çox üzləşdiyi problemlərdən biri onların bilik və bacarığının lazımi səviyyədə olmaması, QHT-lərin layihə yazılışından tutmuş bu layihələrin icrasında yol verilən nöqsanlardır". Bunu Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev QHT-lərin problemləri haqqında jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün bəzi QHT-lər yaranan zaman əsas missiyanı müəyyənləşdirə bilmir: "Hər bir QHT-nin vətəndaş cəmiyyəti institunun yaranışının bir məramı, missiyası olmalıdır. Bəzən görürsən ki, bu missiya tam şəkildə müəyyənləşdirilmir. Bunlar Şuranın əsas fəaliyyətinin əsas predmeti sayılır. Təsadüfi deyil ki, Şura tək maliyyə yardımı göstərmir, eyni zamanda konsultativ, informativ, metodik və digər yaradımlar da həyata keçirir. Bu gün biz çox istərdik ki, QHT-lər demokratik prinsiplərə və şəffaflıq ənənələrinə tam şəkildə əməl etsinlər".

A.Quliyev əlavə edib ki, Şura çalışır ki, hər zaman nümunə olsun: "Biz ildə iki dəfə öz fəaliyyətimizlə bağlı mətbuata (həm yazılı, həm də şifahi) məlumat veririk. Bu gün bizim qrant ayırdığımız layihələrə baxsaq və yaxud da qrant verilmə prosesinə diqqət ayırsaq görərik ki, nə qədər şəffaf və müxtəlif mərhələlərdən ibarətdir. Hətta deyərdim ki, Şura Azərbaycanda yeganə donor təşkilat olaraq qəbul etdiyi qərarları mübahisələndirmək üçün QHT-lərin Appelyasiya imkanlarını yaradıb. Belə bir donor nə ölkədə, nə də başqa yerdə yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə