Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputat Rasim Musabəyov və Milli Məclis Sədrinin köməkçisi, MDB PA-da Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov MDB Parlament Assambleyasının tədbirlərində iştirak etmək üçün noyabrın 25-də Rusiyanın Sankt-Peterburq şəhərinə səfərə yola düşüblər. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qurumun Şura iclasında bir sıra aktual məsələlərə baxılacaq.
MDB PA-nın Sosial siyasət və insan hüquqları, eləcə də İqtisadiyyat və maliyyə üzrə daimi komissiyalarının iclaslarında müxtəlif sahələrdə əməkdaşlığa dair məsələlər, o cümlədən beynəlxalq miqrasiyanın problemləri və bu sahədə əməkdaşlığın perspektivləri, tibbi sığorta, xarici ticarətin dövlət tənzimlənməsi kimi model qanunlar ciddi müzakirə olunacaq.
Qurumun 43-cü Plenar iclasında model qanunlar zərfi müzakirəyə çıxarılacaq.
Azərbaycan parlamentinin nümayəndələri müzakirələrdə yaxından iştirak edəcək, məsələlərə münasibətdə ölkəmizin mənafeyi baxımından mövqe bildirəcəklər.
Səfər noyabrın 27-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB