Türkiyə və Rusiyanın siyasi planı Açıqlama

Türkiyə və Rusiyanın siyasi planı Açıqlama

"Bu gərginliyi keçici hesab etmək olar". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Rüstəm Məmmədov Rusiya və Türkiyə münasibətlərinin hazırkı vəziyyətinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rusiya və Türkiyə arasında yaranmış gərginlik müvəqqəti xarakter daşıyır: "Gördüyümüz kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu məsələ ilə bağlı çıxış etdi və bildirdi ki, Türkiyə Rusiyanın dostudur, buna görə də Rusiya münasibətləri gərginləşdirmək istəmir. Məhz bu açıqlama ilə Rusiya bütün münaqişəni aradan qaldırdı. Rusiya özü də bir baxıma bütün günahın qarşı tərəfdə deyil özlərində olduğunu etiraf etdi: "Əslində nəticə belə də olmalı idi. Başqa cür bir addım atıla bilməzdi".

Rüstəm Məmmədov yaranmış bu keçici münaqişənin Türkiyə ilə Rusiya arasında heç bir müsibət yaratmayacağını vurğulayıb: "Bu keçici gərginlik Türkiyə və Rusiya arasında baş tutacaq heç bir layihəyə, o cümlədən də "Türk axını" layihəsinə heç bir təsir göstərməyəcək. Demək olar ki, tərəflər bir-birini müəyyən mənada yoxladı və məsələ bununla da sona çatdı".

Bütün xəbərlər Facebook səhifəmizdə