Dmitriy Peskov: “Rusiya Suriya-Türkiyə sərhədi yaxınlığında aviazərbələrini davam etdirəcək” KRİZİS
Kremldə Rusiya hərbi təyyarələrinin Suriyanın Türkiyə ilə yaxın səərhəd zolağında əməliyyatlar keçirilməsini haqlı mövqe kimi qiymətləndirirlər. SİA xəbər verir ki, bu barədə "İnterfax.ru" saytı Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskovun fikirlərini yazarkən qeyd edib. Peskovun fikrincə, "Türkiyə sərhədindən uzaq mövqe" anlamı yoxdur. Əksinə, "Suriyanın hava məkanına aid olan mövqe" deyilən anlam mövcuddur. Lakin o eyni zamanda iddia edib ki, Rusiya bombardmançıları Türkiyənin hava sərhədindən aralı mövqedə əməliyyat aparıblar.
Maraqlıdır ki, prezidentin mətbuat katibi jurnalistlərin ona ünvanladığı "Rusiya həmin mövqelərdə hərbi əməliyyatlarını davam etdirəcəkmi?" sualını cavablandırarkən, deyib ki, onlar legitim Suriya Ərəb Respublikasının yanında sona qədər olacaqlar.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB