Prezident koreyalı həmkarına başsağlığı verdi

Prezident koreyalı həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Koreya Respublikasının prezidenti xanım Pak Kın Heyə başsağlığı verib. SİA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

"Hörmətli xanım prezident, Koreya Respublikasının keçmiş prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Kim Yon Samın vəfatı xəbəri məni kədərləndirdi. Bu ağır itki ilə əlaqədar sizə, mərhumun ailəsinə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə