Ağabəy Əsgərov: “YAP bundan sonra da uzun illər hakimiyyətdə olacaq” AÇIQLAMA - VİDEO
"23 il bundan öncə Yeni Azərbaycan Partiyası (YAP) yaranarkən Azərbaycanda vəziyyət o qədər də yaxşı deyildi. Ölkəmiz bərbad vəziyyətdə idi. Həm cəbhədə, həm də ölkənin daxilində dərəbəylik hökm sürürdü. Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti, iqtidarı dövləti idarə edə bilmirdi. Beləcə Ümummilli Lider Heydər Əliyev başda olmaqla YAP kimi bir qurumun yaranması zərurəti yaranmışdı". Bunu SİA-ya YAP Siyasi Şurasının üzvü, "Azərbaycan" Nəşriyyatının Baş direktoru Ağabəy Əsgərov YAP-ın yaranmasının 23-cü ildönümü ilə bağlı fikirlərini bildirərkən deyib.
YAP Siyasi Şurası üzvünün sözlərinə görə, hələ o vaxtlar bir qrup Azərbaycan ziyalısı Ulu Öndərə müraciət etdi ki, belə bir partiya yaradılsın: "Təbii ki, Ümummilli Lider də Azərbaycan cəmiyyətinin, ictimaiyyətinin, xalqının tam mütləq əksəriyyətinin arzusunu yerinə yetirərək YAP-ı yaratdı və ona rəhbərlik etdi. Beləcə qısa müddət ərzində dahi şəxsiyyət Heydər Əliyev partiyanı hakimiyyətə gətirdi. Bu partiya 22 ildir ki, hakimiyyətdədir. Hesab edirəm ki, partiya bundan sonra da uzun illər, hətta əsrlər boyu hakimiyyətdə olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB