Baş nazirin müavini: “Qanunu pozmuş məmurlar ciddi şəkildə cəzalanacaq" MÜNASİBƏT
"Nazirlərin işə təyin olunması və azad edilməsi cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyənləşdirilmiş səlahiyyətinə daxildir". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov Azərbaycanda aparılan kadr islahatları ilə bağlı fikirlərini bildirərkən deyib.
Onun sözlərinə görə, istənilən vaxt Prezident nazirləri işdən azad edər və onların yerinə başqalarını təyin edə bilər: "Təbiidir ki, bizi bu və ya digər nazirliklərdə aşkar edilən ciddi pozuntular narahat edir. Bu barədə cənab Prezidentin çox kəskin mövqeyi ortadadır. Heç şübhəsiz ki, qanunu pozmuş, ölkə başçısının göstərdiyi etimadı yerinə yetirməmiş və bəlkə də o etimada müəyyən dərəcədə xəyanət etmiş məmurlar varsa, onlar da ciddi şəkildə cəzalanacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB