Əli Əhmədov: “Vətəndaşlar dərmanların ucuzlaşmasından məmnundurlar" AÇIQLAMA

Əli Əhmədov: “Vətəndaşlar dərmanların ucuzlaşmasından məmnundurlar" AÇIQLAMA

"Aptektlərdə əksəriyyət dərmanların tapılmaması ilə bağlı siqnallar bizə də gəlib çatır. Bununla əlaqədar olaraq da lazımi işlər aparılır". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov deyib.

Baş nazirin müavininin sözlərinə görə, burada söhbət dərmanların tərkibi baxımından deyil, dərmanların tapılmamasından gedir: "Eyni tərkibdə, müxtəlif adlarda olan dərmanlar var. Tərkib, keyfiyyət etibarilə bu dərmanlar eynidir. Amma müxtəlif firmalar buraxdığına görə, onların adlarında fərqlər var. Yəqin ki, vətəndaşlar indiyə qədər müəyyən adda olan dərmanlara alışıblar. Mən bunu başa düşürəm. Amma eyni tərkibdə olan dərmanlara ola bilsin ki, bir qədər ehtiyyatla yanaşırlar. Qeyd edim ki, bu və ya digər xəstəliyi müalicə etmək üçün nəzərdə tutulan bütün dərman preparatları müxtəlif adda olsa da, mövcuddur. Sadəcə olaraq müəyyən bir müddət keçməlidir ki, vətəndaşlar dərmanın adının deyil, tərkibinin əsas rol oynadığını dərk etsinlər. Bundan sonra problem aradan qaldırılacaq. Təbiidir ki, bu böyük bir prosesdir. Hesab edirəm ki, vətəndaşlar ümumən dərmanların qiymətlərinin ciddi şəkildə aşağı düşməsindən məmnundurlar".

Bütün xəbərlər Facebook səhifəmizdə