Novruz Məmmədov: "Qərblə əməkdaşlıq edən dövlətlərdən biriyik"

Novruz Məmmədov: "Qərblə əməkdaşlıq edən dövlətlərdən biriyik"

"Türkiyənin Antalya şəhərində keçirilən "G20" Sammitində işsizliyin ləğvi və sərmayə qoyuluşu məsələləri, qlobal böhran, təhlükəsizlik məsələləri və s. yer almışdı". SİA-nın məlumatına görə, bunu bu gün Prezident Administrasiyasının rəhbərinin müavini Novruz Məmmədov deyib.

N.Məmmədov bildirib ki, Sammitdə həmçinin maliyyə problemləri və onun ədalətli şəkildə ortaya qoyulması məsələsi gündəmə gətirildi: "Burada eyni zamanda təhlükəsizliklə bağlı məsələlər müzakirə olundu. Bütün bu iclaslarda Azərbaycanın mövqeyi orada iştirak edənlərə çatdırıldı. Enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyətli idi. Bütün bunlar haqqında Azərbaycan Prezidenti İlham Əliyev geniş məlumat verdi. Sammitdə Prezidentin bir sıra dövlət başçıları ilə ayaqüstü görüşləri oldu. Almaniyanın kansleri, Böyük Britaniyanın, Malayziyanln baş naziri və s. ilə dövlət başçımızın görüşləri keçirildi".

PA rəsmisi deyib ki, biz Qərblə əməkdaşlıq edən dövlətlərdən biriyik: "Azərbaycan müstəqil xarici siyasət aparmaqda davam edir. Bizim dediyimiz odur ki, gəlin bir-birimizə qarşı ədalətli olaq".

Bütün xəbərlər Facebook səhifəmizdə