Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Quru Qoşunlarının Komandanı ordu generalı Salih Zeki Çolakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. DSX-nn mətbuat mərkəzindən SİA-ya verilən xəbərə görə, görüşdə ölkələrimiz arasındakı möhkəm əlaqələrin qədim tarixi köklərə, mehriban dostluq və qardaşlıq ənənələrinə əsaslandığı məmnunluq hissi ilə qeyd olunub. Ölkələrimiz arasında hərbi əməkdaşlığın uğurlu inkişafı xüsusilə vurğulanb, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Türkiyə Respublikasının Quru Qoşunları arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilmiş və gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılb. Tutduğu vəzifədə ilk xarici səfərini Azərbaycana etdiyini bildirən ordu generalı S.Çolak Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayb.
Azərbaycan Respublikasının dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunmuş, qonaqlara transsərhəd cinayətkarlığına qarşı mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verilib.
Görüş zamanı tərəflər arasında sərhəd təhküsəzliyinin möhkəmləndirilməsi məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması, sərhəd təlimlərinin və birgə tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanb.
Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB