Bu gün Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində 12 noyabr Konstitusiya günü ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə millət vəkilləri, ziyalılar, politoloqlar iştirak edib.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elmira Axundova və digərləri çıxış edərək bildiriblər ki, əsrlər boyu böyük mərhələlərdən keçib tarixi müstəqilliyinə qovuşan xalq qarşısında ötən əsrin 90–cı illərində dövlət təsisatların yaradılması ,hüquqi və demokratik dövlət quruculuğu bütün zərurəti ilə gündəlikdə dururdu.
Vurğulanıb ki, bunu xalqın iradəsini ifadə edən Konstitusiya olmadan etmək mümkün deyildi. Məhz bu amili nəzərə alan Ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edildi .
Tədbir diskussiya şəklində davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB