Zaqatalada Yeni Azərbaycan Partiyasının yaranmasının 23 illiyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə partiyanın qazandığı uğurlardan bəhs olunub, 23 illik fəaliyyətinin Azərbaycan tarixində qürur doğuran səhifələrdən olduğu qeyd edilib.

Qeyd edilib ki, hazırda partiyanın Zaqatala rayon təşkilatında 71 ərazi partiya təşkilatını birləşdirir. Hesabat dövründə partiya üzvlərinin sayı 7608 nəfərə çatıb ki, onların da 4306 nəfərini qadınlar, 3302 nəfərini gənclər təşkil edir.

Tədbirdə rayonun ictimai həyatında fəal iştirak etmiş partiya üzvləri mükafatlandırılıb. Daha sonra YAP sıralarına yeni qəbul olmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqəsi təqdim olunub. Tədbir Yeni Azərbaycan Partiyasına həsr olunan "Zərurət" filminin nümayişi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB