Müsahibimiz Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzovdur
- Təhmasib müəllim, satirik yazar Mirzə Sakit "Milli Şura"nı xüsusilə də Əli Kərimli və Cəmil Həsənlini radikal dindarlarla iş birliyində günahlandırır və buna görə onları tənqid edir. Maraqlı deyilmi, "Milli Şura" ilə dindarların birliyi?
- Təəssüflər olsun ki, "Milli Şura" adlanan bu qurum qeyri-milli bir qurumdur. Qeyri-milli bir qurumda istər-istəməz öz istəyinə çatmaq üçün hər cür variantlara əl atır, o cümlədən radikal dini quruplarla da əlaqəyə gedər. Amma şübhə etmirəm ki, Əli Kərimli və Cəmil Həsənli kimi şəxslər Azərbaycanda öz məkrli istəklərinə nail olmaq üçün nəinki radikal dini quruplarla hətta "İŞİD"-lə də əlaqə qura bilərlər.
- Müxalifətin dağıdıcı qanadları daha çox radikal quruplaşmalarla, terrora meyilli dəstələrlə əməkdaşlıq edirlər. Sizcə, bunun səbəbi nədir?
- Müxalifətin dağıdıcı qanadlarının radikal quruplaşmalarla, terrora meyilli dəstələrlə əməkdaşlıq etmələrinin əsas səbəbi ondan ibarətdir ki, bu insanlarda milli-mənəvi qurur hissi yox səviyyəsindədir. Bu şəxslər Azərbaycanda öz istəklərinə nail olmaq üçün hər cür təxribata əl atmaqdan çəkinməzlər. Əməkadaşlıq etdikləri tərəflər, əsasən radikal ünsrlərdir və ya Azərbaycana qarşı qərəzli meyilləri ilə seçilən xarici anti-Azərbaycan qüvvələrdir. Bu şəxslər düşünürlər ki, həmin radikal qüvvələrin əli ilə nəyə isə nail ola bilərlər. Bir sözlə, müxalifətin dağıdıcı qanadının hansı variantlara əl atmasından asılı olmayaraq, onların heç bir istəyi real olmayacaqdır. Yəni onların istənilən addımının mənfi nəticəsi qalacaq.
- Əli Kərimlinin keçirdiyi qurultayın nəticələrinin Ədliyə Nazirliyi tərəfindən tanınmaması və rədd edilməsindən sonra demək olarmı ki, Əli Kərimli və onun dəstəsi daha çox radikallığa meyililik nümayiş etdirəcəklər?
- Hər zaman Əli Kərimli radikallığa meyililik nümayiş etdirib. Onun üçün milli və dövlətçilik maraqlarıdan çıxış etmək kimi məhfum deyilən anlayış yoxdur. Qisasçılıq, xalqını sevən, dövlətinə bağlı olan şəxsləri ləkələməyə cəhd etmək onun başlıca amalı və fəaliyyət istiqamətidir. Bu şəxsin qərəzli, səhv siyasətinin nəticəsi olaraq AXCP adlı partiya dağıldı, həyatlarını, canlarını bu partiyanın formalaşmasına, inkişafına həsr etmiş insanlar başqa partiyalara üz tutdular. Ədliyyə Nazirliyinin qərarı haqlı, ədalətli qərardır.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB