Möhsün Pakayin: “Bizim iqtisadi əməkdaşlığımız daha da genişlənəcək”

Möhsün Pakayin: “Bizim iqtisadi əməkdaşlığımız daha da genişlənəcək”

"Bugünkü Azərbaycan-İran biznes forumu sabah İran layihəsi adında sərgi ilə davam edəcək. Sərgi iki gün davam edəcək". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan-İran biznes forumunda jurnalistlərə açıqlaması zamanı İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

"Ümid edirik ki, İran və Azərbaycan şirkətləri sərginin davam etdiyi günlərdə müəyyən iş müqavilələri imzalasınlar. Mən özüm dünən İran İslam Respublikasından gəlmişəm və İranın bir çox nazirləri ilə görüşüm olub. Bütün nazirlər o fikirdədirlər ki, Azərbaycan İranın iqtisadiyyat məsələlərində yaxın tərəfdaşlarından biridir. Ümid edirəm ki, yaxın gələcəkdə bizim iqtisadi əməkdaşlığımız daha da genişlənəcək"- deyə, səfir fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə