"Ədliyyə Nazirliyi tərəfindən araşdırılmalı və münasibət bildirilməlidir" AÇIQLAMA
"Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) artıq çoxdandan öz mövcudluğunu itirib". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli Əli Kərimli ilə Razi Nurullayevin AXCP adlı quruma hakim olmaq üzərində mübarizəsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, vaxtilə Əli Kərimli partiyanın kiçik bir qrupuna rəhbərlik edib: "Zamanla isə partiyanın rəhbərliyində təmsil olunan və partiyanın qurucusu olan insanlar bu təşkilatı tərk ediblər. Bu baxımdan nə mənəvi, nə də hüquqi olaraq Əli Kərimlinin bu təşkilatın adına iddia etməsi haqqı çatmır. Razi Nurullayevin məsələsinə gəldikdə isə bu, Ədliyyə Nazirliyi tərəfindən araşdırılmalı və münasibət bildirilməlidir. Hüquqi və varislik məsələsinə gələndə isə bu, Əli Kərimli tərəfindən çoxdan itirilmiş bir haqq məsələsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB