Putin: "Mübarizə aparılması üçün bütün səylər birləşdirilməlidir"
Rusiya prezidenti Vladimir Putin Türkiyənin Antalya əyalətinin Bələk kurort qəsəbəsində "Böyük İyirmilik" ölkələri liderlərinin sammitində çıxışı zamanı dünyaya mesaj ünvanlayıb.
SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Putin deyib ki, bütün dünyanın səylərini birləşdirməklə terror təhlükəsinin öhdəsindən gəlmək və qaçqınlara kömək etmək olar: "Terror təhlükəsi ilə effektiv mübarizə aparılması üçün bütün səylər birləşdirilməlidir. Əlbəttə ki, bu, BMT-nin nizamnaməsi ilə uyğun olmalıdır. Biz beynəlxalq normalara söykənərək, suveren hüquqlara və hər bir dövlətin qanuni maraqlarına hörmət edərək, bu mübarizəni aparmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB