Asim Mollazadə: “Əhalini qətlə yetirmək heç nəyə bəraət qazandıra bilməz” AÇIQLAMA

Asim Mollazadə: “Əhalini qətlə yetirmək heç nəyə bəraət qazandıra bilməz” AÇIQLAMA

"Ümumiyyətlə, terror hadisələri insanlığa qarşı cinayətdir. Mülki əhalini qətlə yetirmək heç nəyə bəraət qazandıra bilməz". Bunu SİA-ya Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Fransada xeyli sayda insan ölümü ilə nəticələnən terror hadisəsinə münasibət bildirərkən deyib.

Azərbaycanın da terrordan, mülki əhalinin günahsız şəkildə qətlə yetirilməsindən əziyyət çəkdiyini dilə gətirən partiya sədri söyləyib ki, bütün dövlətlər gücünü bu cinayətin qarşısının alınmasına səfərbər etməlidir: "Azərbaycan Anti-Terror Koalisiyasının üzvüdür. Ölkəmiz terrorla mübarizə aparır. Terrorun nə dini, nə də milləti var. Bütün beynəlxalq qüvvələr, dövlətlər öz gücünü səfərbər edərək terrorla mübarizə aparmalıdır".

Qeyd edək ki, ötən gün Fransanın paytaxtında baş verən partlayışda 150 nəfər ölüb. Ölənlərin 100-ü "Bataklan" teatrında saxlanınan girovlar olub.

Xatırladaq ki, bu, Fransa tarixində baş verən ən irimiqyaslı terror aktıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə