"Artıq tam iddia ilə demək olar ki, Əli Kərimli adlı siyasətçi siyasi səhnədən silinir. O, mübaliğə ilə desək artıq can verir". Bu fikirləri SİA-ya alternativ Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev vaxtilə Əli Kərimlinin müavinlərindən olan "Xalq arzusu" hərəkatının rəhbəri Asəf Quliyevin AXCP-dən onun qurumuna axının olması barədə fikirlərinə münasibət bildirərkən deyib.
Razi Nurullayev qeyd edib ki, AXCP sədrinin qatarı su körpüsü üzərində qəzaya uğrayıb: "İndi də yavaş-yavaş suyun dibinə enir. Sadəcə, mühəccərlərə ilişib qalıb. Sağ qalmaq istəyən, suda boğulmaq istəməyən Əli Kərimlini tərk etməlidir. Bu proses də başlayıb. Deməliyəm ki, Əli Kərimli əlverişli yerdə dayanıb. O, son anda özünü çaya atıb, üzüb xilas olacaq. Amma onun qatarında üzə bilməyən adamlar da var. Onlar boğulub öləcəklər. Ona görə də, elə indidən xilas yolunu seçməlidirlər".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB