Musa Quliyev: “Kadr islahatları dövlətçiliyin möhkəmləndirilməsinə yönəlib” AÇIQLAMA

Musa Quliyev: “Kadr islahatları dövlətçiliyin möhkəmləndirilməsinə yönəlib” AÇIQLAMA

"Azərbaycan Prezidenti İlham Əliyevin son dövrlərdə atdığı qətiyyətli addımlar Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə yönəlib". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, qeydə alınmış millət vəkili Musa Quliyev son dövrlərdə ölkə başçısının apardığı kadr islahatlarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Prezidentin etimadını doğrultmayan hər bir şəxs onun komandasından kənarlaşdırılır: "Təbii ki, bu da tamamilə doğru bir addımdır. Hesab edirəm ki, bu kimi addımların davamı da olacaq. Beləcə hər kəs də bundan nəticə çıxarmalıdır. İstər dövlətin icra strukturlarında, istərsə də başqa strukturlarda çalışan hər bir kəs xalqın, dövlət başçısının etimadını daimi öz üzərində hiss etməli və Konstitusiya borcunu yerinə yetirməlidir. Bu addımlar onu göstərir ki, Azərbaycan Prezidenti Azərbaycan dövlətçiliyinin idarə olunmasında son dərəcə qətiyyətlidir və ölkə xalqının maraqlarına xidmət edir. Hesab edirəm ki, bundan sonrakı dövrdə də belə addımlar atılacaq. Bununla da hər kəs öz məsuliyyətini dərk etməlidir. Həmin addımlar buraxılan nöqsanların aradan qaldırılması üçün də əlverişli şərait yaradacaq".

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Əli Abbasovun Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Əli Məmməd oğlu Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə