"Ermənistan mətbuatı iddia edir ki, qondarma Dağlıq Qarabağ Respublikasının "prezidenti" Bako Saakyan azərbaycanlıdır və əsl adı "Bahadur"dur". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli söyləyib.
Politoloq bildirib ki, erməni mətbuatı qeyd edir ki, Bako Saakyanın anası azərbaycanlıdır: "B.Saakyanın azərbaycanlılara qarşı etdiyi xoşagəlməz əməllər onun erməni olduğunu bir daha sübut edir. Qarabağ döyüşlərində azərbaycanlılara qan uddurduğu da hər kəsə məlumdur. Hesab edirəm ki, onu qondarma respublikaya saxta prezident seçiblərsə onun Serj Sarkisyanla arasında problem çıxaracaqlarına inanmıram. Bu məlumatı erməni mətbuatında Bako Saakyana düşmən olan insanlar yazsa da, bu məsələ fikir ayrılığına səbəb ola bilər. Bir sözlə o, bizim insanların başına gətirdiyi fəlakətlərlə öz erməniliyini sübut edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB