MSK-da İqbal Ağazadənin şikayətinə baxılıb

MSK-da İqbal Ağazadənin şikayətinə baxılıb

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, komissiya sədri Məzahir Pənahov iclası açıq elan etdikdən sonra Azərbaycan Respublikası MSK-nın 5 noyabr 2015-ci il tarixli iclas protokolları səsə qoyularaq komissiya üzvləri tərəfindən təsdiq olunub.

Daha sonra 2015-ci il noyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.

İclasda 35 saylı üçüncü seçki dairəsindən namizədliyi Ümid Partiyası tərəfindən irəlin sürülən İqbal Ağazadənin şikayətinə baxılıb. MSK üzvü Ramiz İbrahimov bildirib ki, İ.Ağazadə MSK-ya müraciət edərək dairə seçki komissiyasının bir neçə seçki məntəqəsində qanun pozuntularına yol verildiyini iddia edib. O, həmin məntəqələrin səsverməsinin nəticələrinin ləğv olunmasını istəyib.

MSK şikayəti baxılması üçün məsələni dairə seçki komissiyasına (DSK) göndərib. DSK 5, 10, 11, 18 və 26 saylı seçki məntəqələrinin səsverməsinin nəticələrini ləğv edib. 17 saylı seçki məntəqəsində isə səslərin yenidən sayılmasına qərar verib. Ancaq bu da ümumi nəticələrə təsir etməyib. Bununla belə, İqbal Ağazadənin MSK-ya təqdim etdiyi video-materiallar da araşdırılıb. Qərar verilib ki, onun şikayəti əsasında aparılan araşdırmalar dayandırılsın.

Sonda cari məsələlərə baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə