“Prezident İlham Əliyevin "Böyük 20-lər”in toplantısına dəvəti Azərbaycanın dünyada önəmini göstərir”
"Dünya düzəninin hazırkı mürəkkəb məqamında "Böyük 20-lər" in toplantısının Antaliyada keçirilməsi Türkiyənin dünya üçün əhəmiyyətini ifadə edir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı ekspert Əli Məsimli bildirib.
Onun sözlərinə görə, sammitdə dünyanı zəbt etmiş ən vacib məsələlər müzakirə olunacaq: "Prezident İlham Əliyevin də "Böyük 20-lər"in toplantısına dəvət olunması bir tərəfdən göstərir ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı ölkə yoxdur, ikincisi isə bu, Azərbaycanın regionda və dünyada önəmini göstərir".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB