Fazil Mustafa: “İnsanların dini istismar etməsinə yol vermək olmaz" AÇIQLAMA

Fazil Mustafa: “İnsanların dini istismar etməsinə yol vermək olmaz" AÇIQLAMA

"Bütövlükdə İslam inanclı olan insanları mənsəbindən, təriqətindən asılı olmayaraq iki kateqoriyaya ayırmaq lazımdır. Bunlardan birincisi, Azərbaycanın maraqlarına çalışan amma sadə öz inanclarını həyata keçirən insanlardır. İkinci kateqoriyaya isə başqa ölkələrin maraqlarını Azərbaycanda təmsil edən və İslamı da buna vasitə kimi istifadə şəxslər aiddir". Bunu SİA-ya millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, dövlətin ikinci kateqoriyadan olan insanlara qarşı sərt tədbirlər görməsi vacibdir: "Çünki biz bu ölkəni, dövləti yerdən tapmamışıq. Biz onu azad etmək üçün müəyyən qanlar tökmüşük. Ona görə də indiki vəziyyətdə hər hansı bir şəkildə bu insanların dini istismar etməsinə yol vermək olmaz. Məhz bu mənada dövlətin bu siyasəti dəstəklənməlidir. Beləcə hansısa şəkildə belə pravokativ addımların genişlənməməsi üçün profilaktik tədbirlər görülməlidir".

Qeyd edək ki, Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində bir qrup radikal-ekstremistin iştirakı ilə aksiya keçirilib. "Müsəlman birliyi hərəkatı" adlı təşkilatın sədr müavini Elçin Qasımlının polis tərəfindən saxlanılmasına etiraz edən şəxslər Sabunçu RPİ-nin Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısına yığışıblar. Onlar E.Qasımlının azad olunmasını tələb ediblər. Nəticədə bir neçə nəfər polis tərəfindən saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə