"Bu gün Vəhdət Partiyasının elektoratı və siyasi çəkisi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat partiyalarından üstündür. Parçalanmış və zəif duruma düşmüş bu partiyalar uğursuzluqlarını ört-basdır etmək üçün saxta siyasi qərarlar və bəyanatlar verirlər. Milli Məclisdə iştirakdan imtina da bu qəbil qərarlardandır". Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.
Onun sözlərinə görə, Müsavat və AXCP üzvləri Vəhdət Partiyasını və onun lideri Tahir Kərimlini hədəfə almaqdansa, gedib dağılmış partiyalarının bərpası dərdləri ilə məşğul olsalar daha yaxşı olar: "Vəhdət partiyasını zəif adlandıranlara isə bir nümunə göstərirəm – Tahir Kərimlinin seçki təbliğatında təkcə Ağsu rayonundan 300 nəfər partiya fəalı çalışırdı. Amma özlərini "ana" müxalifət adlandıran və heç bir siyasi qüvvəni gözü götürməyən Müsavat və AXCP öz müttəfiqləri ilə birlikdə meydana 500 adam belə çıxara bilmirdi. Bu partiyalar heç vaxt özündən güclü siyasi qüvvənin qələbəsinə sevinməyiblər".
V.Əfəndiyev əlavə dib ki, onlar daim müxalifət düşərgəsində dağıdıcı mövqelərdən çıxışlar ediblər və hətta yeri gələndə bir-birlərini belə təhqir etməkdən çəkinməyiblər: "2005 və 2010-cu ildə keçirilən parlament seçkilərində bunun dəfələrlə şahidi olmuşuq. İndi hansı haqla bu partiyalar Vəhdət kimi güclü elektorata və potensiala malik olan, onlar kimi siyasi arenada ləkələnməyən partiyanı ittihamlayırlar?".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB