“Böyük İpək Yolu”nun idarə heyətinin üzvləri Əli Həsənovla görüşüblər FOTOLAR

“Böyük İpək Yolu”nun idarə heyətinin üzvləri Əli Həsənovla görüşüblər FOTOLAR

Noyabrın 5-dən 7-dək Bakıda "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının idarə heyətinin növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda Azərbaycan, Misir, Macarıstan, Qazaxıstan, Çin, Hindistan, Mərakeş, Türkiyə, Yunanıstan, Gürcüstan, ümumilikdə 10 ölkədən İdarə Heyətinin üzvləri iştirak ediblər.

İdarə Heyətinin üzvləri Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşüblər. Görüşdə Əli Həsənov Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqına üzv gəncləri salamlayaraq onlara öz təşəkkürünü bildirib. Onları maraqlandıran sualları cavanladırmağa hazır olduğunu vurğulayıb.

Daha sonra Əli Həsənov Mədəniyyətlərarası dialoqun inkişafında "Böyük İpək Yolu" BGİ -nin uğurlu fəaliyyətini yüksək qiymətləndirirək Təşkilatın daha da genişləndirilməsinin vacib olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, təşkilat üzvlərinin sayının artırılaraq hər ölkədən bir deyil bir neçə gənclər təşkilatının cəlb edilməsi daha məqsədəuyğundur.

"Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkə Prezidenti Gənclər və İdman sahəsinə xüsusi önəm verir. Çünki gəncliyini düşünməyən Xalqın perspektivi ola bilməz. Dövlətimiz çalışır ki, gənclərimiz daha sağlam, savadlı,intellektual və kreativ istiqamətlərdə inkişaf etsinlər. Bu sahədə fəaliyyıt göstərən təşkilatların qarşısında duran əsas məsələ isə gənclərə dəstək olmaqdır. Müxtəlif dinləri və mədəniyyətləri bir araya gətirmək, hər bir xalqın mədəniyyətində gözəl keyfiyyətləri, müsbət cəhətləri təbliğ etmək lazımdır. Sizə bu yolda uğurlar arzulayıram. Ümid edirəm ki, Azərbaycandan ən yaxşı nümunələri götürəcək, ölkəmizdən dost olaraq ayrılacaqsınız".

"Böyük İpək yolu" Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov Əli Həsənova qəbul üçün təşəkkürünü bildirib, Bakıda başlayan "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının İdarə Heyətinin növbəti iclası haqqında geniş məlumat verib.

Qeyd edib ki, İttifaq üzvləri Bakı, Astana, İstanbul, Budapeşt və Saloniki şəhərlərində İdarə heyətlərinin iclaslarını keçiriblər. İttifaqın gördüyü işlər haqqında məlumat verən Fuad Muradov onuda əlavə edib ki, Təşkilatın "Gənc şairələrin beynəlxalq forumu" Şərq Tərəfdaşlığı ölkələri arasında ən yaxşı mədəniyyətlərarası layihə mükafatına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə