2-6 noyabr 2015-ci tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində BMT-nin Korrupsiyaya qarşı mübarizə üzrə Konvensiyasına tərəf dövlətlərin Konfransının 6-cı sessiyası keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, sessiyada Azərbaycan Respublikasının təşəbbüsü ilə "Qabaqcıl təcrübələrin və texnoloji innovasiyaların tətbiqi vasitəsilə şəffaf, məsuliyyətli və səmərəli ictimai xidmətlərin göstərilməsinin təşviq edilməsi ilə korrupsiyanın qarşısının alınması" adlı qətnamə qəbul edilib.
Azərbaycan Respublikasının irəli sürdüyü bu qətnaməyə Əlcəzair, Banqladeş, Braziliya, Kamboca, Fici, İndoneziya, İsrail, İordaniya, Küveyt, Malayziya, Mərakeş, Oman, Paraqvay, Peru, Filippin, Qətər, Səudiyyə Ərəbistanı, Fələstin Dövləti, Sudan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Vyetnam həm-müəllif kimi qoşulub.
Qəbul olunmuş qətnamənin qəbulu texnoloji yeniliklər vasitəsilə səmərəli ictimai xidmətlərin göstərilməsi sahəsində Azərbaycanın ASAN Xidmət təcrübəsinin təşviq olunması, əldə edilmiş nailiyyətlərin bölüşülməsi və müsbət yeniliklərin mübadiləsi üçün əlverişli imkanlar yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB