MSK-da Elza Seyidcahanın şikayətinə baxılıb

MSK-da Elza Seyidcahanın şikayətinə baxılıb

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclası komissiya sədri Məzahir Pənahov açıq elan etdikdən sonra 2015-ci il noyabrın 1-də keçirimiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.

İclasda 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa namizəd olan Elza Seyidcahanın şikayətinə baxılıb. O, şikayətində bildirib ki, noyabrın 1-də parlament seçkilərində səsvermə günü seçki dairəsinin bəzi məntəqələrində qanun pozuntuları baş verib. E.Seyidcahan həmin məntəqələrdə səsvermənin nəticələrinin ləğv edilməsini xahiş edib.

MSK şikayəti baxılması üçün dairə seçki komissiyasına göndərib. Müraciətlər haqqında MSK katibi Arifə Muxtarova və komissiya üzvləri Ramiz İbrahimov, Qabil Orucov, Tofiq Həsənov məlumat veriblər.

Sonda cari məsələlərə baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə