Razi Nurullayev: “AXCP-ni xalqa yeni formatda təqdim edəcəyik” MÜNASİBƏT

Razi Nurullayev: “AXCP-ni xalqa yeni formatda təqdim edəcəyik” MÜNASİBƏT

"Rəhbərlik etdiyim Azərbaycan Xalq Cəbhəsi Partiyasının Etimad Qurultayı təşkilat komitəsinin digər partiyalar tərəfindən tanınması üçün heç kimdən xahiş etmək fikrimiz yoxdur. Lakin gələcəkdə hər hansı bir partiya bizi tanımaq istəyərsə, buna qarşı olmarıq". Bunu SİA-ya AXCP EQ-nın sədri Razi Nurullayev təşkilatın digər partiyalar tərəfindən tanınması istiqamətində görülən işlər barədə danışarkən deyib.

Razi Nurullayev qeyd edib ki, əgər hər hansı bir siyasi partiyadan bizə təklif gəlsə, bunu xoş amalın göstərgəsi və dostluğu kimi qəbul edərik: "Bu gün bütün partiyaların əsasən xalq tərəfindən tanınmasına ehtiyac var. Ona görə də amalımız, səyimiz və çabamız AXCP-ni xalqa yeni format və yeni simada təqdim etməkdir. Buna xeyli dərəcədə nail də olmuşuq".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə