"Azərbaycanda hələ Parlament seçkilərinə hazırlıq mərhələsinə başlananda Freedom House əvvəlcədən Parlament seçkisinin nəticələrinə kölgə salma cəhd göstərmişdi". SİA-nın verdiyi məlumata görə, bunu Milli Məclisin deputatı Rauf Əliyev Freedom House-nin Azərbaycanda keçrilmiş Parlament seçkiləri ilə bağlı verdiyi bəyanatına münasibət bildirərkən deyib.
R.Əliyev qeyd edib ki, bu Freedom House-nin Azərbaycana qarşı qəbul etdiyi ilk belə qərəzli və ədalətsiz bəyanat deyil: "Bu vaxta qədər özünü beynalxalq hüquq-müdafiə təşkilatı hesab edən bu təşkilat dəfələrlə Azərbaycan əlehinə müxtəlif məsələlər üzrə qərəzli, ədalətsiz, fitnəkar bəyanatlar qəbul edib. Bu ilin sentyabr ayında Parlament seçkilərinə xeyli vaxt qalmış bu təşkilat Azərbaycanda keçriləcək Parlament seçkisinə kölgə salmağa cəhd göstərən bəyanat qəbul etmişdi. Son bəyanatda qeyd olunur ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycan hökümətinin müşahidəçilərinin sayını azaltmaq tələbinə görə bu seçkini izləməkdən imtina edib. Maraqlıdır niyə görə keçrilən seçkilərin düzgün, demokratik keçrilməsini ancaq , ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu müəyyənləşdirilməlidir. Bu haqqı onlara kim verib? Azərbaycana 400 müşahidəçi göndərmək istəyirdilər. Sual olunur niyə bu qədər çox? 80 milyon əhalisi olan Tükkiyəyə 18 nəfər, 45 milyon əhalisi olan Ukraniyaya Azərbayacana təklif olunan saydan çox az müşahidəçi göndərilmişdir.
Azərbaycanda keçrilən Parlament seçkisini Avropa Şurasından MDB-dən və çoxlu sayda müxtəlif ölkələrdən 500 –dən çox beynəlxalaq, minlərlə yerli müşahidəçilər izləmiş və seçkilərin tam demokratik və qanunvericiliyin tələblərinə uyğun keçirildiyini bildirirlər. Əlbbətdə seçkilərin belə uğurla beynəlxalq standartlara uyğun keçrilməsi bu cənabların planlarına uyğun gəlmir.
Qoy özünü beynəlxalq hüquq-müdafiə təşkilatı hesab edən Freedom House hal-hazırda beynəlxalq aləmdə baş verən milyonlarla insanın kütləvi sürətdə pozulan hüquqlarının qorunması ilə məşğul olsunlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB