Əli Əhmədov: "YAP yenə də Milli Məclisdə ən çox yer qazanacaq" VİDEO

YAP-ın Mərkəzi Qərargahında mətbuat konfransı keçirilib
Əli Əhmədov: "YAP yenə də Milli Məclisdə ən çox yer qazanacaq" VİDEO

"Milli Məclisə seçkilər Azərbaycanda qanunvericilik aktlarına uyğun həyata keçirilib. Seçkilər tam demokratik, ədalətli və şəffaf keçirilib". SİA xəbər verir ki, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi Əli Əhmədov partiyanın mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib.

YAP İcra katibi qeyd edib ki, Mərkəzi Seçki Komissiyasının açıqladığı rəqəmlərə görə səsvermədə 55 faiz vətəndaş iştirak edib: "Bu da o deməkdir ki, vətəndaşlarımız səsvermədə aktiv iştirak ediblər. 5 il bundan əvvəl parlament seçkilərində göstərici 50 faizdən bir az aşağı idi. Bütövlükdə gedişat onu göstərib ki, xırda məsələləri çıxsaq ümümi səsvermə ciddi qanun pozuntusu olmadan keçib. Bütün bunlar seçki prosesinin yüksək səviyyədə təşkil olunmasından xəbər verir. YAP seçki kampoaniyasında ən çox namizədlə lə iştirak edən siyas partiya idi. Biz 117 namizəd irəli sürmüşdük. Amma 2 namizəd öz istəyi ilə namizədliyini geri götürdü. Bütün hesabalamalarımız xəbər verir ki, YAP-ın seçkilərdə böyük şansları var. İnanırıq ki, namizədlərimizin böyük hissəsi seçicilərin rəğbətini qazanaraq deputat mandatı əldə edəcəklər".

YAP icra katibi həmçinin onu da qeyd edib ki, Azərbaycanda seçkilərin gedişini izləmək üçün monitorinqlər keçirilib: "Nəticələr artıq elan olunub. Gözləntimizin də ciddi əsasları var. Səhərə yaxın MSK rəsmi şəkildə məlumatları yayacaq. Hesab edirəm ki, son nəticələr MSK-nın ilkin elan etdiyi rəqəmlərlə ciddi fərqlənməyəcək. YAP yenə də Milli Məclisdə ən çox namizədlə təmsil ounacaq. Hər məntəqədə yerli və beynəlxalq müşahidəçilərlə yanaşı partiyamızın müşahidəçiləri də səsverməni izləyirdilər. Bizdə olan məlumata görə, seçki kampaniyası yüksək fəallıqla müşahidə olunub. Seçkilərin baş tutması normal şəraitdə keçirilməsi cəmiyyətdə ictimai siyasi sabitliyin normal olmasından xəbər verir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və onun uğurları ictimi siyasi sabitlik fonunda vətəndaşlarının hakimiyyətə müsbət fikirlərini formalaşdırıb. Ona görə də səslərin böyük hissəsinin məhz YAP-ın namizədlərinin qazanacağına şübhə etmirəm.

YAP rəsmisi həmçinin seçki prosesində mətbuat işçilərinin də əməyini yüksək qiymətləndirərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Sonda baş nazirin müavini jurnalistlərin suallarını cavablandırıb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə