"Səsvermənin başlandığı saatdan indiyə qədər Mərkəzi Seçki Komissiyasının 115 nömrəli "qaynar xətt"inə ümumi 92 müraciət daxil olub". SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Şahin Əsədli deyib.
Onun sözlərinə görə, həmin müraciətlər sorğu xarakterli olub: "Müraciətlər seçki məntəqələrinin ünvanlarının öyrənilməsi üçün edilib. Hazırda qanun pozuntuları ilə bağlı MSK-ya heç bir müraciət daxil olmayıb".
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasında Milli Məclisə 5-ci çağırış seçkilər keçirilir. Seçkilərə səhər saat 08:00-da start verilib və axşam 19:00-da yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB