Beynəlxalq müşahidəçi: "Seçicilər rahat şəkildə səsvermə hüquqlarından istifadə edirlər" AÇIQLAMA
"Mən Pakistan Parlamentinin nümayəndəsiyəm. Altı nümayəndəmiz Azərbaycanda Milli Məclisə seçkiləri müşahidə edir və biz Pakistanın fərqli siyasi partiyalarını təmsil edirik". Bu sözləri SİA-ya açıqlamasında ölkəmizdə Milli Məclisə seçkiləri izləyən beynəlxalq müşahidəçi, Pakistan Parlamentinin nümayəndəsi Sayed Mushahid Hussain deyib. O, apardığı müşahidələrin nəticələri haqqında danışıb: "Çoxlu məntəqələrdə olduq. Burada heç bir problemlə qarşılaşmadıq. Seçicilər rahat şəkildə səsvermə hüquqlarından istifadə edirlər. Onlar üçün çox yüksək şərait yaradılıb. Səsvermə demokratik şəkildə keçirilir. Buradakı sistem çox ağıllı qurulub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB