Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzində komissiya sədri Məzahir Pənahovun sədrliyi ilə mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, MSK sədri bildirib ki, sabah ölkəmizdə əlamətdar gün Milli Məclisə 5-ci çağırış seçkilər keçiriləcək: "5547 məntəqədə seçicilər səsvermə hüququndan istifadə edəcəklər. 767 nəfər namizədin adı seçici bülleteninə daxil edilib. Namizədlərin yarısı siyasi partiyaların nümayəndələridir. Beləcə bir yerə altı nəfər mübarizə aparacaq. Məntəqlərdə quraşdırılan veb-kameralar əvvəlikdən qat-qat üstündür".
Qurum rəsmisi bildirib ki, 66 min müşahidəçi akkreditasiyadan keçib: "Hər məntəqəyə 11 nəfərdən artıq müşahidəçi düşür. Bütün məntəqələrdə onlar üçün şərait yaradılıb. Avropa Şurasının, GUAM təşkilatının, ATƏT-in və s. nümayəndələri seçkiləri müşahidə edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB