YAP-ın 121 saylı Laçın Seçki Dairəsindən millət vəkilliyinə namizədi Abbaszadə Mahir Tapdıq oğlu Ağcabədi rayon Taxta-körpü Laçın köçkünlər qəsəbəsində yaşayan laçınlı seçiciləri ilə görüşü keçirilib. Namizədin vəkillərinin də iştirak etdiyi görüşü giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri Aqil Nəzərli ölkəmizdə müşahidə olunan sürətli inkişaf prosesinin davamlılığı ilə bağlı fikirlərini bildirib. Bu inkişafın Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, YAP Sədri, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən kompleks və sistemli islahatlar nəticəsində əldə olunduğunu söyləyən A.Nəzərli Azərbaycanın milli maraqlarının qorunmasına xidmət edən mükəmməl iqtisadi strategiyanın ölkəmizi yüksək inkişaf yoluna çıxardığını bildirib.
Tədbirdə çıxış edən YAP-ın parlament seçkilərindəki namizədi Mahir Abbaszadə bildirib ki, ölkəmizin inkişafına təkan verən uzunmüddətli islahatlar proqramı Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasına olan inam və etibarın daha da möhkəmlənməsinə yol açıb: "Xüsusi olaraq qeyd etmək istəyirəm ki, partiyamızın artan nüfuzunun başlıca səbəblərindən biri də məhz güclü sosial dayaqlarının olmasıdır. Xalqımız dəyişiklikləri, sosial vəziyyətin yüksəlməsini öz həyatında hiss edir".
Tədbirdə çıxış edən ziyalılar professor Şikar Qasımov, BDU-nun İngilis dili kafedrasının müdiri-elimlər namizədi Abbas Abbasov, rayonun ağsaqqal və ziyalıları Murad Hüseynov, Abuzər Abuzərov, İradə Həsənova, Vüsal Həsənov, Qəzənfər Hüseynov və başqaları noyabrın 1-də seçki məntəqələrində ən layiqli namizədə - YAP-ın namizədi Mahir Abbaszadəyə səs verəcəklərini bildiriblər.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB