DGK-nin sədri: "Dövlət büdcəsi vergi və gömrük rüsumları hesabına formalaşdırılmalıdır"

DGK-nin sədri: "Dövlət büdcəsi vergi və gömrük rüsumları hesabına formalaşdırılmalıdır"

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərmanı şərh edib.

Sədr bildirib ki, fərman kommersiya və istehsalat məqsədləri üçün gətirilməyən mallara aiddir: "Bu fərmanın tətbiqi Azərbaycan əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəlib. Söhbət sahibkarlıqdan getmir. Çünki söhbət burada kommersiya və istehsalat məqsədləri üçün gətirilməyən mallardan gedir. Gətirilən mallar vətəndaşın öz tələbatını ödəmək üçün ola bilər. Belə ki, dövlət büdcəsi vergi və gömrük rüsumları hesabına formalaşdırılmalıdır. Buna görə, kommersiya və istehsalat tələbatı üçün gətirilən mallar mövcud olan qanunvericiliyə əsasən vergiyə cəlb olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə