Hikmət Hacıyev: “Seçkilərə beynəlxalq KİV-lər tərəfindən böyük maraq var” AÇIQLAMA

Hikmət Hacıyev: “Seçkilərə beynəlxalq KİV-lər tərəfindən böyük maraq var” AÇIQLAMA

"Azərbaycan Respublikasının Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında qanununa əsasən, xarici KİV nümayəndələrinin akkreditasiyası Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir". Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN sözçüsünün sözlərinə görə, Azərbaycanda noyabrın 1-i 2015-ci il tarixində keçiriləcək parlament seçkilərinə də beynəlxalq KİV-lər tərəfindən böyük bir maraq var: "Bu əsnada Azərbaycanda xarici KİV nümayəndələrinin sərbəst fəaliyyət göstərməsi üçün akkreditasiyanın həyata keçirilməsi Azərbaycan XİN tərəfindən təmin edilir. Artıq XİN-ə bu barədə çoxsaylı müraciətlər daxil olub. Müraciətlərə baxılır və onlar nəzərdən keçirilərək xarici KİV nümayəndələrinə bu seçkiləri izləmək üçün tam şərait yaradılır. Amma ölkəmizin qaydalarına uyğun olaraq XİN-də akkreditasiyadan keçmiş xarici KİV nümayəndələri bundan sonra növbəti addım kimi Azərbaycan Mərkəzi Seçki Komissiyasında (MSK) da qeydiyyata alınırlar. Məhz bunun əsasında onlar tam sərbəst və azad şəkildə seçki məntəqələrini və seçki prosesini bir jurnalist, xarici KİV nümayəndəsi olaraq yaxından izləyə və mütaliə edə bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə